Xankəndi sakinləri parlament seçkilərində səs verdi -

122 saylı Xankəndi Seçki Dairəsinin 1 və 2 saylı məntəqələrində səsvermə davam edir.

Metbuat.az-ın məlumatına görə, Seçki Dairənin paytaxt Bakıda yerləşən iki məntəqəsində ATƏT PA müşahidəçiləri Bieerk Kristof və Comlay Madelalme səsvermə prosesini izləyib.

İki məntəqədə ümumilikdə 30 yerli müşahidəçi səsvermə prosesini müşahidə edir.

"Rəy Monitorinq Mərkəzi" və Fransanın "Opinion Way" təşkilatı "exit-poll" keçirir.Səsvermə hüququndan istifadə edən Xankəndi şəhər sakini Süleyman Hüseynov tam şəffaf şəkildə istədiyi namizədə səs verdiyini deyib. S. Hüseynov növbəti seçkilərdə doğma Xankəndində səs vermək arzusunu dilə gətirib.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR