Vyetnamlı müşahidəçi: Budəfəki parlament daha güclü olacaq

Vyetnamlı müşahidəçi: Budəfəki parlament daha güclü olacaq
21:05 9 Fevral 2020
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Vyetnamdan olan müşahidəçilər bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidələrinin nəticələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Nghiem Vu Khai bildirib ki, Azərbaycanda tam şəffaf seçki prosesi izləyib: "Çox məmnunuq ki, biz Azərbaycana dəvət olunmuşuq. 4 gündür ki Azərbaycandayıq. Artıq tam əminliklə deyə bilərik ki, biz parlament seçkisi keçirməkdə bir çox şeyləri sizdən öyrənməliyik. Bakı, Şəki və Qəbələdə seçkiyə hazırlıqla maraqlanmışıq və seçkilərin necə keçirildiyinin şahidi olduq. 5 məntəqədə müşahidə aparmışıq. Baş çəkdiyimiz məntəqələrdə namizədlərlə bağlı bütün məlumatlar çap edilib, şəffaflıq təmin olunub, bütün namizədlərə bərabər şərait yaradılıb. Heç kimə ayrıseçkilik yoxdur. Proses tam şəffaf təşkil edilib, bütün namizədlərə eyni münasibət bəslənirdi. Komissiya üzvləri seçicilərə prosedura hər şeyi normal izah edirdi və onların normal səs verməsinə şərait yaradırdı".

Vyetnamlı müşahidəçi səsvermə prosesində müasir texnologiyaların istifadəsini də yüksək qiymətləndirib:

"Eyni zamanda bizə texnologiyalardan yüksək istifadə təqdim edildi. Yəni xarici ölkədə olan istənilən azərbaycanlı seçkiləri canlı izləyə bilər. Daha sonra insanların barmaqlarının mürəkkəbə batırılması onu göstərir ki, seçici ikinci dəfə səs verə bilməsin. Bu tam şəffaflıqdan xəbər verirdi. Biz getdiyimiz məntəqədə insanların tam demokratik səs verməsinin şahidi olduq, heç bir pozuntuya rast gəlmədik. Seçicilərlə də söhbət etdim və onlar seçəcəkləri deputatın gənc, ziyalı və intellektual olmasını istədiklərini bildirdilər. Qeyd etdilər ki onlar öz deputatlarını özləri seçiblər. Ona görə də düşünürəm ki, seçkilər tam şəffaf keçirilib və bu dəfəki parlament daha güclü olacaq".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR