Parlament seçkilərində yekun seçici fəallığı açıqlanıb

Parlament seçkilərində yekun seçici fəallığı açıqlanıb
00:57 10 Fevral 2020
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Parlament seçkilərində yekun seçici fəallığı açıqlanıb. Yekun məlumata görə, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 47.81 faiz təşkil edib.

Səsvermənin gedişatı ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR