Gürcüstanlı müşahidəçilər: "Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi" - FOTO

Gürcüstanlı müşahidəçilər: "Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi" - FOTO
12:42 10 Fevral 2020
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Gürcüstan Parlamentinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidənin nəticələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gürcüstan Parlamentinin deputatı Savalan Mirzoyev 11 məntəqədə müşahidə apardıqlarını bildirib.

"Hər məntəqədə seçkilərin şəffaf şəraitdə keçirildiyi seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu. Həmçinin digər dövlətlərin müşahidəçi missiyaları ilə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdilər ki, həm seçicilər, həm müşahidəçilər üçün hərtərəfli şərait yaradılıb", - gürcü deputat bildirib.

S.Mirzoyev qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas partnyorlarından biridir:

"Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR