Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı

Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı
15:43 11 Fevral 2020
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsinə güclü qar yağıb.

Bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

"Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməkliyi ilə problem aradan qaldırılıb. Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır". (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/304648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR