"Oskar" ala bilmədilər, tarixə düşdülər

"Oskar" mükafatı qazana bilməyən 2019-cı il istehsalı "Qisasçılar: Final" ("Avengers: Endgame") filmi ən çox gəlir əldə edən, lakin bu mükafatı ala bilməyən tək film olaraq tarixə keçib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 1939-cu ildə çəkilən "Küləklə sovrulanlar" ("Gone With the Wind") filmi ən çox gəlir əldə edən film ünvanını 37 il qorumuş, "Ən yaxşı film" və "Ən yaxşı rejissor" nominasiyası da daxil olmaqla 8 "Oskar" qazanmışdı.

Daha sonra 1966-ci il istehsalı "Nəşəli günlər" ("The Sound of Music") filmi də ən çox gəlir əldə edən film kimi 5 "Oskar" qazana bilmişdi. F.F. Koppalanın 1972-də çəkdiyi "Xaç atası" filmi də ən çox gəlir əldə edən film olmuş, 11 nominasiyada namizəd olduğu "Oskar"ı 3 nominasiyada qazanmışdı.

Eyni zamanda, "Jaws", "Ulduz müharibələri", "ET", "Jurassik Park", "Titanik", "Avatar" kimi öz dövrünün ən çox gəlir əldə edən filmləri də "Oskar" qazana bilmişdilər. "Qisasçılar: Final" filmi isə bu baxımdan antirekorda imza atmış oldu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR