MSK bu dairənin nəticəsini ləğv etmədi -

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 91 saylı Ucar Seçki Dairəsindən namizəd Əbil Məmmədovun şikayətinə baxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciət seçki dairəsinə göndərilib.

Qeyd edək ki, 91 saylı seçki dairəsindən lider namizəd Ramil Həsəndir. Onun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR