Bu dairələr ilə bağlı şikayətlər DSK-lara göndərildi -

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

Metbuat.az xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.(report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR