İmişlidə camışı vuran maşın aşdı: Sürücü və bir sərnişin öldü

İmişlidə camışı vuran maşın aşdı: Sürücü və bir sərnişin öldü
18:37 15 Fevral 2020
119 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayonunun Şahverdili kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 14-də saat 21 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində rayon sakini Nizami Həsənov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun hərəkət hissəsində olan camışı vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri olan həmyerlisi Məhəmməd İsayev və digər şəxs xəstəxanaya yerləşdirilib, M.İsayev orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/826269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR