Faiq Flora ilə Brilliant arasında seçim etdi: “O, müqayisəolunmazdır”

Faiq Flora ilə Brilliant arasında seçim etdi: “O, müqayisəolunmazdır”
10:42 18 Fevral 2020
217 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev bəstəkar-müğənni Murad Arifinin "YouTube"da yayımlanan "Popumuz var" proqramında qonaq olub.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Murad verilişinin sonunda "Heç biri" rubrikasında sənətçiyə "Flora Kərimova, yoxsa Brilliant Dadaşovanın sənəti", deyə seçim etməsini istəyib.

F.Ağayev isə cavabında "Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Qəti surətdə bu, müqayisəolunmazdır. Biri əsrlər boyu qalacaq, digəri isə bir azdan yaddan çıxacaq".

Qeyd edək ki, Faiq Ağayev hər iki həmkarı ilə uzun müddətdir ki danışmır. Onlar arasında soyuq savaş gedir.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/826748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR