MSK DSK-nın qərarını qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar şikayətlərə baxılıb.

Metbuat.az xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 56 saylı Xaçmaz kənd seçki dairəsindən daxil olan müraciətə əsasən, şikayətçi həmin dairənin 7 saylı məntəqəsinin nəticələrinin ləğv olunmasını xahiş edib: "Müraciət MSK-da araşdırılıb və məntəqənin nəticələrinin ləğvi üçün əsaslar olmadığı müəyyənləşib. Bu səbəbdən DSK-nın qərarı qüvvədə saxlanılmalıdır".

Daha sonra qərar səsverməyə çıxarılıb və müvafiq qərar qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR