KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb

KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb
11:42 19 Fevral 2020
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Bakıda keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının matçları çərçivəsində kiçik və orta biznesə dəstək göstərilməsi üzrə əməkdaşlıq memorandumu imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, memorandumu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıb.

Memorandum çərçivəsində kiçik və orta biznesin dəstəklənməsi məqsədilə Avro 2020 fan-zonasının ərazisində yerli istehsalçılar tərəfindən istehsal olunmuş məhsulların satışı təşkil olunacaq. Satışlar Ağ şəhər bulvarı ərazisində, eləcə də Bakı Olimpiya Stadionunun yaxınlığında təşkil olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR