Lənkəranda “Sağlam ailə-sağlam cəmiyyət” adlı tədbir keçirildi -

Fevralın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəranrayonu Liman şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, Liman şəhəri “Cümə” məscidində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarlaişin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Liman şəhəri Ağsaqqallar Şurasının sədri Siyavuş Süleymanlı, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimiz və onun tərkib hisssəsi olan ailə dəyərləri haqqında danışılıb. Cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, gənclərin şəxsiyyət kimi formalaşmasında ailə dəyərlərinin mühüm rolu var. Natiqlər, gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR