“Pirelli” şirkəti bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycanda Qran-prisi üçün şin seçimini edib.
“Report” xəbər verir ki, İtaliya şirkətinin C2 (sərt), C3 (orta) və C4 (yumşaq) şinləri Bakıda komandaların ixtiyarında olacaq.

“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan etdi
Eyni təkərlər Avstraliya, Bəhreyn, Vyetnamda və təxirə salınan Çin Qran-prisində də istifadə olunacaq. C2 və C3 şinləri məcburi adlanır - komandalar hər birindən azı bir dəst sifariş etməlidirlər.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi bu il 5 - 7 iyunda keçiriləcək.