Mətbuat katibləri "Metbuat.az"ın fəaliyyətindən danışdı

Bu gün "Metbuat.az" saytının peşəkar fəaliyyətə başlamasından 3 il keçir.

Metbuat.az bildirir ki, bu münasibətlə mətbuat katibləri saytımızla bağlı fikirlərini bölüşüblər:

Nuridə Allahyarova - "Metbuat.az" bir media orqanı olaraq mənim üçün çox önəmlidir. Təbrik edirəm, bundan sonra daha xoş, uğurlu xəbərlərin məhz saytınız üzərindən oxunmasını diləyirəm. Saytınızın mənim üçün özəl olan bir tərəfi daha var. "Metbuat.az" saytının tanınmış simaların canlı yayımda insanlarla ünsiyyətini təmin edən bir layihəsi var idi, həmin layihənin ilk qonağı mən olmuşam. Layihənin çox yaxşı əks sədası olmuşdu və mənim üçün də çox önəmli idi. Çünki, insanlarla canlı ünsiyyətə çıxmaq, verilən sualları yerindəcə cavablandırmaq, insanlara sözümüzü söyləyə bilmək üçün böyük imkan yaratmışdı. Təxminən 1 saat canlı efirdə olmuşduq. Saytınıza uzun illər fəaliyyət göstərməyi arzulayıram. Ən gözəl xəbərləri, ən əsası da Qarabağla bağlı xəbəri məhz saytınızdan oxumaq qismət olsun.

Kənan Quluzadə - "Metbuat.az" saytı aktiv bir saytdır və saytın canlı yayım, video formatında fərqli layihələri olur. Özüm də bu layihələrdə qonaq olmuşam və komandanın peşəkarlığına bələdəm. "Metbuat.az" saytı bütün qurumların, o cümlədən bizim də fəaliyyətimizi aktiv şəkildə işıqlandıran saytlardan biridir. "Metbuat.az" saytının peşəkar fəaliyyətinin 3 yaşı münasibəti ilə həm kollektivi, həm oxucuları, həm də mətbuat katiblərini təbrik etmək istərdim ki, belə bir sayt fəaliyyətdədir. Uğurlar arzu edirəm, davamı gəlsin.

Elnur Niftəliyev - Uğurlar diləyirəm sizə fəaliyyətinizdə. "Metbuat.az" fəaliyyətə başladığı gündən həmişə ASAN xidmətin və Dövlət agentliyinin fəaliyyətini yüksək səviyyədə işıqlandırıb və buna görə sizə təşəkkür edirik. Arzulayırıq ki, işləriniz hər zaman asan olsun. Eyni zamanda təbi ki, bungün mətbuatımızın inkişafı çox önəmlidir. Mən özüm də uzun illər mediada çalışan şəxs kimi sevinirəm ki, mətbuat orqanlarımızın sayı günbəgün artır və onların içində keyfiyyətli olanların sayı da kifayət qədərdir. "Metbuat.az" kollektivinə uğurlar arzulayıram.

Firad Əliyev - Siz qısa zamanda fəaliyyət göstərsənizdə bu müddət ərzində kifayət qədər oxucu kütləsi cəlb edə bilmisiniz.Əksər insanların rəğbətini qazanmısınız həmişə məhsuliyyətinizi dərk etmisiniz.Mən sizin saytın oxucusuyam.Həmişə görmüşəm ki, oxucu sayının artırılması naminə, reytinq xatirinə deyil, məhsuliyyətinizi dərk edib ədalət naminə xəbəri aidiyyatı qurumlarla dəqiqləşdirib sonra yayırsınız .Həmişə mötəbərliyinə əmin olduğunuz xəbəri yaymağa maraq göstərirsiniz. Bundan başqa dövlətçiliyə, millətçiliyə, xalqın mənafeyinə xidmət edən xəbərlərə üstünlük vermisiniz və bunu qoruyub saxlayırsınız. Bütün bunlar çox xoşdur və hesab edirəm ki, Allahın izni ilə sizin uğurlarınız davamlı olacaq və hər zaman xoş sədalarınızı eşidəcəyik. Arzu edirəm ki, hər biriniz firavan həyat yaşayasınız və bu 3 yaşınızın ardına sıfırlar əlavə olunsun.

Pərviz Sədrəddinov - Media qurumu üçün 3 il elə də böyük müddət deyil. Lakin, “Metbuat.az” saytı fəaliyyət göstərdiyi 3 il ərzində ölkənin öndə olan mətbu orqanına çevrilə bilib. Dərc etdiyi maraqlı, operativ xəbərlər, araşdırmalar, maraqlı layihələr mətbuatla sıx işləyən insanlarla yanaşı, oxucular tərəfindən də rəğbətlə qarşılanır. "Kapital Bank" adəndan və öz adımdan "Metbuat.az" saytını 3 yaşı olması münasibəti ilə ürəkdən təbrik edirəm. Gələcək fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzlayıram.

Bəxtiyar Məmmədov - İlk gündən saytınızı izləyənlər arasında mən də varam. Təbii ki, oxucunuz kimi saytın xəbərlərinin rəngarəngliyi, əhatə dairəsi xoş ovqat yaradır. Obyektivliyinizi xüsusi ilə qeyd etməliyəm. Buna görə mən sizə xüsusi təşəkkür edirəm. Metropoliten ilə bağlı verilən xəbərlərin, informasiyanın istər dolğunluğu, istər metropolitenin işinin xüsusiliyyətlərinə uyğunluğu baxımından da mənə çox xoşdur. Bu sizin peşəkarlığınızın nəticəsidir və bu xüsusiyyət ilə də sizi izləmək mənə çox xoşdur. Yanaşdığınız xüsusi mövzular var, bu mövzular baxımından saytı izləmək mənə çox xoşdur. 3 yaşınız münasibəti ilə sizi təbrik edirəm, uğurlarınız bol olsun.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR