Xavi "Barselona"ya şərtlər irəli sürüb

"Barselona" və "Əl Sədd"in baş məşqçisi Xavi Hernandes arasındakı danışıqların təfərrüatları məlum olub.

Metbuat.az "Cadena Ser"ə istinadən xəbər verir ki, klubun sabiq yarımmüdafiəçi Kataloniya təmsilçisinin baş məşqçisi təyin olunması üçün bəzi şərtlər irəli sürüb.

Əvvəlcə, Xavi yayda "Barselona"nı çalışdıra biləcəyini söyləyib. İkincisi, o, transferlərə maksimum nəzarət və klubda ciddi hakimiyyət istəyib. Mütəxəssis, eyni zamanda əfsanəvi müdafiəçi Carles Puyol, metodologiya sahəsindəki sabiq direktor Joan Vilu, Yohan Kroyffun oğlu Jordin klubun strukturunda yer almasını istəyib. Bundan əlavə, Xavi komandanın tibbi qərargahının yenidən qurulmasını tələb edib. O, eyni zamanda məşqçilər korpusunda qardaşı Oskarı görmək istəyib.

Qeyd olunur ki, Xavinin tələbləri ilə tanış olduqdan sonra "Barselona" nın prezidenti Jozep Mariya Bartomeu onunla danışıqları təxirə salmaq və daha əlçatan bir mütəxəssisi klubun baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib. Nəticədə, "Betis"in sabiq çalışdırıcıs Enrike Setyenlə müqavilə imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR