“Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.
Məlumata görə, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək.
Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir.