“Müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir"

“Müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir"
14:54 17 Yanvar 2015
135 Sosial
Ölkə mətbuatı
A- A+

"Müəllimlərin gəlirlərinin aşağı olmasının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında bildirib. 


Nazirin sözlərinə görə, Azərbaycanda dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllimin əmək haqqında artıma nail olmaq olar: “Müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR