Hazard azı 3 ay oynamayacaq -

“Real”ın zədəli futbolçusu gözləndiyindən Eden hazardın durumu daha ciddidir.

Metbuat.az xəbər verir ki, bu barədə Belçika yığmasının baş məşqçisi Roberto Martines məlumat verib.

O, İspaniya mətbuatına açıqlamasında Hazardın ən azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: “Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə vacib oyun öncəsi oldu. Çox məyusuq. Çünki bu zədə onu ən azı 3 ay futbolsuz qoyacaq. Hazard kimi futbolçu həmişə meydanda olmalıdır”.

Xatırladaq ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb. Klubun rəsmi saytı onun ən azı iki meydana çıxa bilməyəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR