"Barselona"nın futbolçuları koronavirus testindən keçəcək

"Barselona"nın futbolçuları koronavirus testindən keçəcək
20:27 24 Fevral 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubu sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Neapol şəhərində "Napoli"nin qonağı olacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, son bir neçə gündə İtaliyada geniş yayılan koronavirus epidemiyasına görə Kataloniya təmsilçisinin futbolçuları ölkəyə daxil olmazdan əvvəl xüsusi testdən keçəcəklər.
Fevralın 25-də keçiriləcək "Napoli" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 7-yə çatıb. İnfeksiya daşıyıcılarının sayının isə 157 nəfər olduğu bildirilib. Eyni zamanda 11 qəsəbədə 50 min insan nəzarət altına alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/olkeye-daxil-olmazdan-evvel-xususi-testden-kececekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR