SON DƏQİQƏ: Türkiyə ordusundan ÖLÜMCÜL ZƏRBƏ - Onlarla hərbçi həlak oldu

SON DƏQİQƏ: Türkiyə ordusundan ÖLÜMCÜL ZƏRBƏ - Onlarla hərbçi həlak oldu
00:38 25 Fevral 2020
192 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın Neyrab kəndi Türkiyə ordusunun dəstəklədiyi müxalif silahlıların nəzarətinə keçib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, strateji önəmə sahib kənd uğrunda döyüşlər zamanı Suriya ordusu çox sayda itki verib. Rusiya qırıcılarının və İran dəstəkli qrupların dəstəyinə baxmayaraq Suriya ordusu geri çəkilmək məcburiyyətində qalıb. Müxalif qüvvələrin itkiləri barədə məlumat verilmir. Bu son günlər Suriya ordusunun uğradığı ən ağır məğlubiyyət sayılır.

Qeyd edək ki, İdlibdə yerləşən Neyrab kəndi Suriya ordusunun nəzarətinə keçən Serakib kəndinə açılan “qapı” rolunu oyanır. Həmin kəndlər Dəməşq-Hələb yolu üzərində yerləşdiyindən strateji önəmə sahibdir. Türkiyə ordusu Soçi sazişinə əməl etməyən Suriya ordusunun qarşısını almaq üçün İdlibə minlərlə hərbçi və zirehli texnika cəlb edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/305961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR