Qubada minik ilə yük avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb

Qubada minik ilə yük avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb
14:58 17 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Siyəzən, 17 yanvar, Elxan Yusifli, AzərTAc
Yanvarın 17-də səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 142-ci kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzərTAc xəbər verir ki, magistralın Quba rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı Rəhmanov Muradəli Seyfəddin oğlunun idarə etdiyi 40-BK-449 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomaşınla yük maşını toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Muradəli Rəhmanov hadisə yerində dünyasını dəyişib. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sərnişin 58 yaşlı Nəsirov Əliyulla Nəsir oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubada_minik_ile_yuk_avtomobillerinin_toqqusmasi_neticesinde_bir_nefer_olub-825501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR