Karantin nədir və tarixdə ilk karantin necə yaranıb? -

Çində yaranan və bütün dünyaya yayılmaqda davam edən yeni növ koronavirus səbəbindən karantin tətbiqi də gündəmdədir. Bəs karantin ilk dəfə nə vaxt və necə meydana gəlib?

Metbuat.az bildirir ki, tarixdə karantin tətbiq edilən ilk xəstəlik cüzam olmuşdur. Hətta "İncil"də bu xəstəlik barədə danışılır. Cüzamın yaralara və vücudda dəyişikliyə yol açması yüzillər ərzində belə bir fikir yaradıb ki, bu xəstəlik insandan insana asanlıqla keçə bilər. Bu xəstəliyə səbəb olan bakteriya ("Mycobacterium leprae" adlanır) 1873-cü ildə kəşf edilənə qədər cüzam insanların qorxduğu və yanlış bildiyi bir xəstəlik olaraq qalmışdır. Bu dövrlərdə tibb mütəxəssisləri də cüzama yoluxan xəstələrə dair müəyyən tədbirlər alınmasını tövsiyə edirdilər.

"Tibbin atası" adlandırılan yunan Hippokrat ilə antik Romanın ən önəmli həkimlərindən Berqamlı Qalen vəba xəstəliyinə qarşı "dərhal uzaqlaşmaq və mümkün olduqca geç qayıtma" deyə məsləhət vermişlər. 1300-c illərdə vəba Asiyaya, Avropaya və Afrikanın bəzi hissələrinə yayılarkən tibbin verə bildiyi ən yaxşı məsləhət məhz bu idi. Lakin bu dövlərdə "karantin" kəlməsi hələki mövcud deyildi.

Karantin anlayışının yaranması vəba xəstəliyi ilə bağlıdır. XIV əsrin ortalarında vəba böyük bir dalğa halında Avropaya dəhşət saçmağa başladı. 1347-ci ildə cənubi Avropaya çatan vəba 1350-ci ildə İngiltərə, Almaniya və Rusiyaya da çatır. Bu xəstəlik nəticəsində Avropa əhalisinin 1/3-nin yox olduğu təxmin edilir.

Vəbanın bu ölümcül nəticələri bu növ xəstəliklərə qarşı ciddi tədbirlərə yol açdı. Məsələn, 1374-cü ildə Milan lordu Barnabas Viskonti vəbaya yoluxmuş hər kəsin şəhərdən çıxarılaraq çöllərə aparılmasını, orada ölümü gözləmələrini əmr etmişdi.

Aralıq dənizinin əsas limanlarından olan Raqusada (Xorvatiyanın Dubrovnik şəhəri) şəhərin baş həkimi Jakobo de Padua müalicə üçün kənardan şəhərə gələn xəstələr üçün şəhərin divarları xaricində bir ərazi yaradılmasını tövsiyə etmişdi. Lakin bu tədbirlər effektli olmur, daha ciddi tədbirlərə əl atmaq məcburiyyətində qalırlar. 1377-ci ildə "Terentino" tətbiqinə dair qanun qəbul edilir. Qanuna görə, vəbaya yoluxan şəxslər 30 gün müddətinə karantinə alınmalı idilər. Bu qanundan sonrakı 80 il ərzində Fransanın Marsel, İtaliyanın Cenoa və Venesiya şəhərlərində bənzər qanunlar qəbul edilir.

Venesiya bu qanunu 1423-cü ildə bir az daha inkişaf etdirir. Venesiya həmin dövrdə ticarətin mərkəzi idi, bir çox məhsullar gəmilərlə Venesiya limanlarına axın edirdi. Məhz bu malları gətirən gəmilər siçanları və vəba kimi xəstəlikləri də daşıyırdı. Buna görə də, Venesiyalılar tarixdə ilk dəfə "Lazaretto Vecchio" adını verdikləri bir adada karantin üçün nəzərdə tutulan xəstəxana qurdular. Şəhərdə vəbaya yoluxmuş şəxs aşkarlandığı zaman dərhal həmin xəstəxanaya aparılırdı.

Sözügedən ada günümüzdə də tənha və dəhşətli halını qorumaqdadır. Adadan qazıntılar aparan arxeoloq MArtino Rizzi adaya aparılan çox az xəstənin sağ qaldığını, adada gəzərkən skeletlər üzərində gəzdiyini bildirir. O, çökmüş bir divarın altında 1000 qutunu dolduracaq qədər skelet tapıldığını deyir. Rizzi adana "Yer üzündəki cəhənnəm" adlandırırdı.

1468-ci ildə Venesiyalı səlahiyyətlilər karantin fikrini bir az daha irəli apardı. Belə ki, limana gələn gəmilər başqa bir adada 40 günə qədər gözlədiləcəkdi. Burada bütün heyət gəmidən enəcək, yüklər boşaldılacaq və depoya daşınacaq, sirkə, qaynar su və şəfalı bitkilərin tüstsü ilə dezinfeksiya ediləcəkdi.

Karantin tətbiqinin 30 gündən 40 günə çıxarılması ilə "Terentino" adı "Quarantino" adı ilə dəyişdirildi (İtalyanca "quaranta" 40 deməkdir). Bu müddətin niyə uzaldıldığı ilə bağlı isə məlumat yoxdur. Bəzi mütəxəssislər 30 günün tədbir görülməsi üçün yetərsiz olduğunu, buna görə müddət uzadıldığını bildirirlər.

Beləcə, Venesiya tarixdə ilk dəfə karantin sistemini qanuniləşdimiş oldu.

Mənbə: "bbc.com"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR