SON DƏQİQƏ: koronavirus ABŞ ORDUSUNA SIÇRADI

SON DƏQİQƏ: koronavirus ABŞ ORDUSUNA SIÇRADI
12:13 26 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirus sürətlə yayılmaqda davam edir.

Publika.az xəbər verir ki, dünya miqyasında epidemiyadan ölənlərin sayı 2 min 762-yə çatıb.

Yaxın Şərqə İrandan, Avropaya İtaliyadan yayılıb

Çindən sonra ən çox ölüm faktı İranda qeydə alınıb. Son rəsmi rəqəmlərə görə, 16 nəfər dünyasını dəyişib. 100-ə yaxın insan virusa yoluxub.

Oman, İraq, Əfqanıstan, Bəhreyn və Küveytə koronavirus İrandan sıçrayıb. İraq Səhiyyə Nazirliyi Kərkükdə 4 nəfərdə koronavirus aşkarlandığını və həmin şəxslərin İrandan gəldiyini açıqlayıb.

Avropada isə virusun ən çox aşkarlandığı ölkə İtaliyadır. Burada virusa yoluxan şəxslərin sayı 400-ə çatıb. 1 nəfər dünyasını dəyişib. Xorvatiya, İsveçrə, Avstriya və İspaniyaya bu ölkədən epidemiya yayılıb.

İlk dəfə ABŞ ordusunda

ABŞ-ın Cənubi Koreyada xidmət edən əsgərlərindən birində koronavirus aşkarlanıb. ABŞ Koreya Hərbi Qüvvələri (USFK) tərəfindən verilən açıqlamada “Kamp Karrol” bazasında əsgərdə “Covid-19” analizinin pozitiv çıxdığı bildirilib. Hərbi qüvvələri qorumaq üçün lazımi qabaqlayıcı tədbirlərin görüldüyü vurğulanıb. Beləliklə, koronavirus ilk dəfə ABŞ ordusuna sıçrayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/306130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR