Koronavirusa görə Açıq Asiya turniri ləğv edildi

Livanın paytaxtı Beyrutda keçirilməsi planlaşdırılan para-taekvondo üzrə Açıq Asiya turniri ləğv edilib.

Metbuat.az xəbər verir ki, Türkiyə Taekvondo Federasiyasından verilən açıqlamada yarışın koronavirusa görə baş tutmadığı bildirilir. Martın 2-də start götürməli olan yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.

Lakin Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Report"a verilən açıqlamada Açıq Asiya turnirinin baş tutmayacağı təsdiqlənib. MPK-dan o da əlavə edilib ki, yarışın Təşkilat Komitəsi turnirin baş tutmama səbəbini açıqlamayıb.

ATF-nin Mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov bununla bağlı onlara hansısa səbəbin deyilmədiyini vurğulayıb: "Komandamız yarışa getməyib və bunun üçün heyət baş məşqçi tərəfindən təqdim olunmayıb. Federasiyamıza koronavirusla bağlı məlumat verilməyib. Türkiyə mətbuatında elə yazılıbsa, yəqin, belədir".

Mənbə: NTV Spor


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR