Daha bir orduda koronavirus aşkarlandı - Hərbi hissə karantinə alındı

Daha bir orduda koronavirus aşkarlandı - Hərbi hissə karantinə alındı
18:03 26 Fevral 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şimali Reyn-Vestfaliya və Baden-Vürttemberq əyalətlərində koronavirus faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə məşhur “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı şəxs vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Virusun ona əsgərdən keçdiyi iddia olunur. Həmin əsgər xəstəxanaya göndərilib. Bundan sonra Köln şəhərindəki hərbi hissənin qapıları bağlanılıb. Baza karantinə alınıb.

Qeyd edək ki, daha əvvəl ABŞ ordusunun Cənubi Koreyada xidmətdə olan əsgərləri virus şübhəsilə karantinə götürülmüşdülər.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/306178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR