"Koronavirusla bağlı yayılan qorxulu məlumatlar daha öldürücü təsirə malikdir, nəinki bu xəstəlik" - VİDEO

"Koronavirusla bağlı yayılan qorxulu məlumatlar daha öldürücü təsirə malikdir, nəinki bu xəstəlik" - VİDEO
10:32 27 Fevral 2020
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirusla bağlı qorxulu məlumatlar yayılır. Bu məlumatlar daha öldürücü təsirə malikdir, nəinki koronavirus.

Milli.Az xəbər verir ki, bu sözləri tanınmış həkim Əli Nağıyev koronavirusla bağlı fikir bildirərkən söyləyib. Onun dediyinə görə, koronavirusa görə ölüm halı adi qripə görə ölüm halından heç də çox deyil:

"Koronavirus SARS deyilən viruslardandır. Hansı ki, adi qrip viruslarının bir növüdür. Lakin bu virusun ağciyəri zədələmək ehtimalı var. Bu hər xəstədə olmur. Bu virusdan ölənlərin sayı adi qripə görə ölənlərin sayından çox deyil. Ona görə də qorxuya düşüb, psixoloji olaraq özünüzə əziyyət verməyin. Koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. 80 min nəfərin yoluxduğu xəstəlikdən 2 min nəfər ölübsə, bu, çox böyük faiz deyil"

"Bizim ölüm tariximizi koronavirus yox, Allah müəyyənləşdirir. Bu qədər qorxuya, xofa düşməyə gərək yoxdur. Təbii ki, koronavirusla məşğul olmaq lazımdır, qorunmaq lazımdır. Yoluxan şəxslər karantinə alınmalıdır. Amma koronavirusa yoluxan hər kəs öləcək deyə bir fakt yoxdur," - həkim davam edib.

O, insanları təşvişə düşməməyə, ehtiyatlı olmağa və immuniteti artıran qida qəbul etməyə səsləyib.

Daha ətraflı videoda:

Umarlı
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/829266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR