Bu hotellərə 36 ay vaxt veriləcək

Bu hotellərə 36 ay vaxt veriləcək
15:17 27 Fevral 2020
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Ulduzlaşma proseduru zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə onun aradan qaldırılması üçün 36 ay vaxt veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib. Onun sözlərinə görə, hotellərin ulduz təsnifat prosedurunun icrasında iki audit iştirak edəcək. Auditor hotelləri yoxladıqdan sonra apardığı onlayn qiymətləndirməni hotelin sahibkarı və menecerinə təqdim edəcək:

"Təsnifat zamanı uyğunsuzluq aşkar olunarsa, onun aradan qaldırılması üçün hotellərə 36 ay vaxt veriləcək. Yoxlanışdan sonra auditorlar rəyi Keyfiyyət və Qərəzsizlik Komissiyasına göndərəcəklər. Hotel müvafiq kateqoriyaya uyğun olmadığı təqdirdə bu barədə ona yazılı bildiriş göndəriləcək".

R.Niyazovun sözlərinə görə, hotel verilən qərarla razı olmadıqda Apelyasiya Komitəsinə müraciət edə bilər. Komitənin qərarından sonra hoteldə yenidən audit keçirilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR