Telefonlar bu yolla səsimizi qeydə alır? - XƏBƏRDARLIQ

XXI əsrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar, həqiqətən də, bir çox hallarda köməyimizə çatır.

Metbuat.az bildirir ki, sosial şəbəkə istifadəçilərinin iddiasına əsasən, insanların səsini dinləyib, onların nə ilə maraqlandığını öyrəndikdən sonra həmin maraqlara uyğun olaraq qarşılarına video və reklamlar çıxır.

İT mütəxəssisi Fərid Pərdəşünas bildirib ki, sosial şəbəkə tətbiqləri mikrofona giriş icazəsi istəyirlər. Buna görə də artıq əməliyyat sistemi və smartfon bizi dinləməyə icazə verir.

Ekspertlər bildirirlər ki, burada hər hansı qorxulu və təhlükəli məqam yoxdur. Alqoritmlər sadəcə reklam satmaq və daha yaxşı hədəflər əldə etmək üçün bu addımı atırlar.

Ətraflı Baku TV-nin sujetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR