Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir

Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir
18:32 27 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir və hazırda bu istiqamətdə müəyyən işlər aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov kiçik və orta biznesin inkişafı istiqamətində Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq geniş potensiala malikdir:

"Xarici kapitalla fəaliyyət göstərən şirkətlərin sayına görə Türkiyə şirkətləri Azərbaycandan birinci yerdədir və bu da əlaqələrin və investisiyaların inkişafı üçün yaxşı işarədir. Türkiyə kiçik və orta biznesin inkişafına böyük diqqət ayırır. 2019-cu ilin mayından anlaşma memorandumu imzalandıqdan bəri biz Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Administrasiyası ilə sıx əməkdaşlıq edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/829557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR