Naxçıvanda kubok qazanmış futbolçu özünə xaricdə komanda tapdı

Azərbaycan Superkubokunun sahibi olmuş malili futbolçu Sadyo Tunkara altı aylıq fasilədən sonra özünə yeni iş yeri tapıb.

Metbuat.az xəbər verir ki, o, Estoniyanın “Trans” klubu ilə bir illik müqavilə bağlayıb.

Xatırladaq ki, 27 yaşlı futbolçu ilk dəfə legioner karyerasına Azərbaycanda başlayıb. O, hazırda AFFA-nın Texniki Departamentində işləyən Yunis Hüseynovun Seneqaldakı seleksiyası sayəsində 2011/12 mövsümünün qış fasiləsində “Xəzər Lənkəran”a gətirilmiş üç afrikalıdan biri olub.

Sadyo Tunkara 126 oyuna 17 qol vurduğu “Xəzər Lənkəran”la ilk mövsümdə gümüş medallara yiyələnib, 2013-cü ildə isə Naxçıvanda keçirilmiş Superkubok matçının qalibi olub. Bir müddət Kiprdə və Bakının AZAL klubunda çıxış etmiş Tunkara son iki mövsümü “Zirə”də keçirib. Burada 44 oyuna beş qol vurmuş futbolçu mayda yola salınan doqquz futbolçudan biri olub.

Qeyd edək ki, “Trans” klubu bu ay vaxtı ilə Azərbaycan çempionatının bombardiri olmuş Nurlan Novruzovla da müqavilə bağlayıb. Həmçinin, Estoniya kubokunun qalibi olan Narva klubunun məşqçilər heyətində azərbaycanlı İlqar Nəbiyev yer alır.

Vaxtı ilə “Qalatasaray”ın skautu işləmiş türkiyəli baş məşqçi Cenk Özcan isə 2015-ci ildə Şəmkirdə yerli klubun dəvəti ilə seminar keçib. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR