ŞOK: Koronavirus "Liverpul"u çempionluqdan

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri "Liverpul"un cari mövsümdə çempionluq arzusu reallaşmaya bilər.

Metbuat.az xəbər verir ki, yerli çempionat koronavirus epidemiyası ilə əlaqədar təxirə salınsa, klubların geridə qalan 27 turdakı nəticələrinin də ləğvi istisna olunmur.

Məlumatda bildirilib ki, bu məsələ hələ tam təsdiqini tapmayıb. Yalnız İngiltərədə yarışların 2 ay müddətinə dayandırılması ilə bağlı rəsmi qərar qəbul olunduqdan sonra bu barədə danışıqlara start veriləcək.

Əslində sözügedən ölkədə müharibə və ya xəstəlik səbəbindən Premyer Liqa oyunlarının təxirə salınması ilə bağlı bir qayda mövcud deyil. Ancaq bu səfər qaydalar dəyişə bilər.

Qeyd edək ki, 27 turdan 79 xal toplayan "Liverpul" klubu turnir cədvəlinə başçılıq edir. Komanda qarşıdakı 4 çempionat oyununu qələbə ilə başa vursa, çempionluğu vaxtından əvvəl təmin edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR