"Barselona"dan Suaresə müqavilə şərti

"Barselona"dan Suaresə müqavilə şərti
08:17 29 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona" uruqvaylı hücumçu Luis Suaresin 2020/2021 mövsümündə komanda matçlarının ən azı 60%-i keçirəcəyi təqdirdə futbolçu ilə razılaşmanı uzadacaq.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Bizə Barselonada ailəliklə çox yaxşıdır və hələ hiss edirəm ki, komandaya xeyir verə bilərəm. Mən “Barsa”da sonra da oynamaq istəyirəm, amma hər şey məndən asılı deyil. Müqavilənin uzadılması haqqında qərarı klubun rəhbərliyini qəbul etməlidir. Əgər növbəti mövsümdə matçların 60%-dən çoxunu oynayasam, müqavilə avtomatik uzadılacaq", - deyə Suares bildirib.
"Barselona”nın uruqvaylı ilə müqaviləsi 2021-ci ilin iyununa qədər qüvvədədir. Qeyd edək ki, Suares yanvarda dizindən travma alıb. Uruqvaylı hücumçu dizindən əməliyyat edilib və mövsümün sonuna kimi sıradan çıxıb. La Liqanın cari çempionatında 33 yaşlı uruqvaylı “Barsa”da 17 matç keçirib və 11 qol vurub.
Məlumata görə, futbolçu təxminən dörd ay oynamayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-dan-suarese-muqavile-serti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR