ABŞ və "Taliban" anlaşdı -

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban” hərəkatı liderinin müavini, hərəkatın Qətər siyasi ofisinin rəhbəri molla Abdulla Qani Bəradar Birləşmiş Ştatlarla taliblər arasında sülh sazişini imzalayıblar.

Metbuat.az xəbər verir ki, İmzalanma mərasimi bu gün Dohada baş tutub. Sənəd imzalandıqdan sonra Xəlilzad və Bəradar bir-birinin əlini sıxıblar. ABŞ-ın Dövlət katibi Mayk Pompeo talibləri “Əl-Qaidə” terror təşkilatı ilə əlaqələri kəsmək barədə vədlərini yerinə yetirməyə çağırıb.

Yayılan birgə açıqlamada “Taliban”ın razılaşmaya əməl edəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbçilərini 14 ay ərzində tamamilə çıxaracağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR