FİDE-nin yeni reytinqi açıqlandı

FİDE-nin yeni reytinqi açıqlandı
12:27 1 Mart 2020
152 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Milli.Az bildirir ki, goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, son reytinqlə müqayisədə ilk "10-luq"da Azərbaycanın yenə iki təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov 1 pillə irəliləyib. O, 2765 xalla 9-cu sıraya yüksəlib. Şəhriyar Məmmədyarovun da mövqeyində dəyişiklik olub. 2764 xala malik Məmmədyarov ötən siyahı ilə müqayisədə 2 pillə geriəyərək, 10-cu sırada qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü olub. Bundan əvvəlki reytinqdə "100-lük"dən kənarda qalan Rauf Məmmədov (2654) isə bu dəfə 91-ci pillədə qərarlaşıb.

Qadınlar arasında Günay Məmmədzadə 34-cü (2443), Gülnar Məmmədova (2386) 77-ci, Ülviyyə Fətəliyeva (2377) 89-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2862) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2842) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/830171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR