Siqaret çəkənləri ağciyər xərçəngindən qoruyacaq ərzaq tapıldı

Siqaret çəkənləri ağciyər xərçəngindən qoruyacaq ərzaq tapıldı
22:27 1 Mart 2020
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər 1,4 milyon insan üzərində apardıqları tədqiqatı yekunlaşdırdılar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 8 il davam edən elmi işdə hər bir iştirakçının yaşı, qidası, zərərli vərdişləri, həyat tərzi və xəstəlikləri barədə məlumat bazası yığılıb.

Onların 60% - siqaret çəkirdi. Məlum olub ki, ağciyər onkologiyası riskini azaldan vasitələr lifli qidalar və təbii yoqurtdur.

O insanların ki, rasionunda bu qidalar çox idi, onlarda heç qəbul etməyənlərlə nisbətdə ağciyər xərçəngi riski 18% az idi.
Həftədə 4 dəfə təbii yoqurt qəbul edənlərdə ağciyər xərçəngi 33% az olub. Maraqlıdır ki, bu qidalanma siqaret və içkidən çox istifadə edənlərdə də yaxşı effekt verib.

Alimlər bildirir ki, bu qidalar prebiotik olub, bağırsaq mikroflorasını sağlam tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/805590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR