Avropa Liqasının 1/8 final mərhələsində "Kopenhagen"in "Başakşəhər"lə görüşü azarkeşsiz keçiriləcək.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, koronavirus epidemiyasının sürətlə yayılmasına görə belə qərar qəbul edilib.

Qarşılaşma martın 20-də "Parken" stadionunda baş tutacaq. Cütün ilk görüşü isə martın 12-də keçiriləcək.

Milli.Az