Pompeo BMT baş katibilə Əfqanıstan, Liviya və Suriyanı müzakirə etdi

Pompeo BMT baş katibilə Əfqanıstan, Liviya və Suriyanı müzakirə etdi
04:02 7 Mart 2020
127 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə BMT baş katibi Antoniu Quterreş arasında Nyu Yorkda görüş keçirilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.
Qeyd olunub ki, tərəflər Əfqanıstan, Yəmən, Liviya və Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər:
“Dövlət katibi Pompeo və baş katib Antoniu Quterreş, Əfqanıstandakı problemin siyasi nizamlanma istiqamətində əldə edilən irəliləyişi, Yəmən, Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər. Suriyada uzun müddətli atəşkəs əldə edilməsi, BMT tərəfindən təsdiqlənmiş yardımın davam etdirilməsinin vacibliyi qeyd olunub”.
Qeyd edək ki, cari ilin martın 5-də Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında Suriyanın şimal-qərbində yaranmış gərgin vəziyyətlə bağlı danışıqlar olub. Altı saatdan çox davam edən görüşündən sonra İdlibdə gərginliyin aradan qaldırılmasına dair qərar qəbul edilib və Suriya münaqişəsinin həllinə dair ümumi sənəd imzalanıb.
Sənədə əsasən, Suriyada atəşkəs martın 6-na keçən gecə saat 1-də qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pompeo-bmt-bas-katibile-efqanistan-liviya-ve-suriyani-muzakire-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR