Daha bir Cənubi Amerika ölkəsində koronavirus tapıldı

Daha bir Cənubi Amerika ölkəsində koronavirus tapıldı
05:37 7 Mart 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Səhiyyə Nazirliyi, ölkə ərazisində COVID-19 virusuna ilk yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyir”, nazirlik öz “Twitter” səhifəsində yayımlanan şərhdə bildirib.
Qeyd edək ki, Cənubi Amerika ərazisində koronavirusa yoluxma halları Ekvador, Argentina, Çili, Peru və Braziliyada da qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/daha-bir-cenubi-amerika-olkesinde-koronavirus-tapildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR