Öldüyü iddia edilən Səudiyyə kralı barədə YENİ XƏBƏR

Öldüyü iddia edilən Səudiyyə kralı barədə YENİ XƏBƏR
21:13 8 Mart 2020
116 Digər
Ölkə mətbuatı
A- A+

Öldüyü barədə xəbərlər yayılan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud ictimaiyyət qarşısına çıxıb.

Publika.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, kral Ukrayna və Uruqvaya təyin olunan yeni səfirlərin andiçmə mərasimində iştirak edib. Krallığın rəsmi agentliyi toplantıya dair fotolar paylaşıb. Toplantıda krallığın digər yüksək rütbəli nümayəndələri də iştirak edib.

Qeyd edək ki, ötən gün sosial mediada kral Salmanın öldüyü ya da ölmək üzrə olduğu barədə xəbərlər yayılmışdı.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/307208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR