Səudiyyə Ərəbistanı 9 ölkə ilə təyyarə və gəmi səfərlərini dayandırdı

Səudiyyə Ərəbistanı 9 ölkə ilə təyyarə və gəmi səfərlərini dayandırdı
13:17 9 Mart 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı koronavirusa qarşı mübarizə çərçivəsində 9 ölkə ilə təyyarə və gəmi səfərlərini müvəqqəti olaraq dayandırıb.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, hökumət Səudiyyə Ərəbistanı təbəələrinin Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Livan, Suriya, Cənubi Koreya, Misir, İtaliya və İraqa, eləcə də ölkə vətəndaşlarının krallığa səfərlərini müvəqqəti olaraq dayandırıb.
Məlumata görə, son 14 gündə həmin ölkələrdə olanların Səudiyyə Ərəbistanına girişi təxirə salınıb. BƏƏ, Küveyt və Bəhreyndən quru yolu ilə gələnlərə bu qadağa şamil edilməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/seudiyye-erebistani-9-olke-ile-teyyare-ve-gemi-seferlerini-dayandirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR