Süleymaninin kölgəsi İdlib ətrafında dolaşır - İran HƏRƏKƏTƏ KEÇDİ

Süleymaninin kölgəsi İdlib ətrafında dolaşır - İran HƏRƏKƏTƏ KEÇDİ
10:23 10 Mart 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada əldə olunan atəşkəs qərarına rəğmən, hərbi fəaliyyətlər davam edir. Türkiyə Silahlı Qüvvələrinin "Bahar qalxanı" əməliyyatı başlar-başlamaz rəsmi Moskvanı kənarlaşdıraraq görüş təklif edən İran atəşkəs razılaşmasını sabotaj etmək üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, İran döyüşçüləri məcburi köçkünləri atəşkəs bölgəsinə istiqamətləndirməyə və türk ordusunun müşahidə məntəqələrinə təzyiq göstərməyə başlayıb.

İran milisləri atəşkəsi dəfələrlə pozub. Rejim isə atəşkəsin başlanmasından 10 dəqiqə sonra onu pozub. Bəşər Əsəd ünsürləri həm İdlibin cənubunda, həm də Həmada onlarla pozuntu həyata keçirib.

Türkiyə Silahlı Qüvvələrinin Rusiya ilə koordinasiyalı şəkildə başlatdığı hazırlıq fəaliyyətlərinə qarşı da təzyiq göstərilib. TSQ konvoyuna rejim ünsürlərinin yerləşdiyi Urum Əs Suqra bölgəsindən pulemyotla atəş açılıb.

Süleymaninin kölgəsi də meydandadır

ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin yerinə keçən İsmayıl Qani də İdlib/Hələb xəttinə səfər edib. O, türk əsgərlərinə qarşı döyüşən "Hizbullah" və İran əsgərlərini ruhlandırıb.

İranın əmrində olan qruplaşmalar da fəaliyyətlərinə fasiləsiz davam edib. 3 qruplaşma 4 bölgədəki ünsürlərindən Sərakibə əlavə əsgərlər yollayıb. Livan "Hizbullah"ı bölgədə mövqeyini gücləndirib. Milislərin TSQ müşahidə məntəqələri ətrafındakı təzyiqləri də davam edib. Əl Rıdvan qruplaşmasının üzvləri Sərakib qəsəbəsi yaxınlığındakı müşahidə məntəqəsinin yaxınlığında görüntülər çəkərək bölgənin onların mühasirəsində olduğunu iddia edib.

Türk ordusu hərbi gücdən istifadə edəcək

Hərbi ekspertlər İdliblə bağlı Moskvada imzalanan memoranduma sadiq qalma məsələsində Türkiyə Silahlı Qüvvələrinin həssaslıq göstərdiyini, meydanda buna görə hərəkət edildiyini bildirib. TSQ atəşkəsi pozanlara qarşı hərbi gücdən istifadə olunmasını istisna etmir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/307299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR