Zamiq 10 min manatlıq klip çəkdirdi - VİDEO

Zamiq 10 min manatlıq klip çəkdirdi - VİDEO
10:33 10 Mart 2020
142 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynov "Duman" adlı klipi ilə tamaşaçılarını sevindirib.

Publika.az xəbər verir ki, lirik mahnının sözləri, musiqisi, həmçinin aranjimanı MS Murada aiddir. Xarizmatik sənətçi klipini ekranlaşdırmaq üçün yenə də rejissor Dələ Orucluya müraciət edib. Uğurlu işi barədə danışan ifaçı Cavid ilə anlaşmasından söz açıb:

"Dələ gəncdir, istedadlıdır. Onun baxış bucağı xoşuma gəlir. Oturub danışanda da görürük ki, fikirlərimiz üst-üstə düşür. O da məni bəyənir, məsləhət verəndə də tez qəbul edir" .

Sənətçi geyim seçimindəki həssaslığını da dilə gətirib:

"Bəzi hallarda mənə deyirlər ki, bu geyimi geyinməlisən. Deyirəm olmaz, axı mən bilirəm nə istəyirəm. O bilməz ki, mənə ən çox nə yaraşır, nə yox! Ən həssas yerim geyim məsələsidir. İndiyə kimi kimsə çəkilişdə geyimimə qarışmır. Obraz barədə mənə məlumat verəndə deyirlər ki, Zamiq geyim barədə artıq özün fikirləş". (gülür)

Hüseynov 2 günə çəkilən klipinin büdcəsini də gizlətməyib:

"10 min manata klip çəkilirsə, bu artıq bahalı klip sayılır. Dələ yaxın dostum olduğuna görə pul qazanmaq barədə düşünmədik. Cavid o klipi bu gün başqasına çəksə, bilirəm ki, 15-20 mindən aşağı etməz ".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/307279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR