Belə uşaq görməmisiniz (VİDEO, FOTO)

Belə uşaq görməmisiniz (VİDEO, FOTO)
16:41 17 Yanvar 2015
238 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyada dünyaya gələn 10 aylıq körpə görənləri heyrətləndirir.

ANS PRESS-in məlumatına görə, körpənin anası Eunise Fandino uşağın həddən artıq yediyini və artıq yemək çatdıra bilmədiyini deyir. Qadın bu etirafı bir məktuba yazaraq aidiyyatı orqanlara göndərib. Bu hadisə ölkədə kilolu insanlara kömək məqsədli qurulan bir dərnəyin diqqətini çəkib. Dərnək könüllüləri körpəni ailəsindən alıb müalicəyə cəlb edib.

Kilosu səbəbiylə doğumundan bu yana sağlamlıq problemləri olduğu müəyyən edilən körpənin bu günə qədər bir neçə dəfə xəstəxanalıq olduğu bildirlib.

Ölkənin ən kök körpəsi olaraq qeydlərə düşən Santiaqo Mendoza 10 aylıq olmasına baxmayaraq tam 19,7 kilodur. Həkimlər balacanın əməliyyat edilmədən arıqladacaqlarını söyləyiblər. Körpənin kilo verməyəcəyi təqdirdə isə ömür boyu diabet, yüksək qan təzyiqi və oynaqlarındakı problemlərdən əziyyət çəkəcək.




















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR