Avronun məzənnəsi dollara nisbətdə 12 illik minimuma qədər enib

Avronun məzənnəsi dollara nisbətdə 12 illik minimuma qədər enib
16:53 17 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Avronun məzənnəsi 2003-cü ildən bəri ilk dəfə olaraq 1,15 dollara qədər enib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avronun məzənnəsinin dünya valyutasına nisbətdə ucuzlaşmasına İsveçrə milli bankının 2011-ci ildən qüvvədə olan və ölkə valyutası - frankı avroya bağlayan qanundan imtina etməsi səbəb olub. Belə ki, əvvəlki qanuna görə məzənnə tavanı 1 avro = 1,2 frank kimi təyin edilmişdi.
Məzənnə tavanı aradan qaldırıldıqdan dərhal sonra avro İsveçrə frankına nisbətdə təxminən 20 faiz ucuzlaşaraq 1 frank səviyyəsinə qədər enib. Eyni zamanda Avropa valyutası ABŞ dollarına nisbətdə də dəyər itirərək son 11 ildə ilk dəfə olaraq 1,1561 dollarda qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avronun_mezennesi_dollara_nisbetde_12_illik_minimuma_qeder_enib-825528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR