Bakıda axtarışda olan 29 nəfər tutuldu

Bakıda axtarışda olan 29 nəfər tutuldu
09:43 13 Mart 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Publika.az idarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də 33 cinayətin üstü açılıb.

Onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 5, quldurluq üzrə 1, silah-sursat üzrə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/307640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR