Deputat epidemioloji qaydaları pozanları sərt cəzalandırmağa çağırdı

“Azərbaycanda epidemioloji qaydaları pozan insanlara qarşı təsirli addımlar atılmalıdır”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirlən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirsula mübarizə üçün adekvat tədbirlər hazırlanıb və həyata keçirilib: “Ölkəmizdə kifayət qədər avadanlıqların olmasına baxmayaraq, Prezidentin tapşırığı ilə Azərbaycana qoruyucu vasitələr, avadanlıqların gətirilməsi davam edir. Bu sahədə kadrların da ölkəmizə gətirilməsi istiqamətində çox böyük işlər görülür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR