Parisdə evdən bayıra çıxan şəxslər cərimələnəcəklər

Parisdə evdən bayıra çıxan şəxslər cərimələnəcəklər
07:12 18 Mart 2020
184 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə hər hansı bir iş üçün evdən çıxan şəxslər (piyada və ya avtomobillə) polisə rəsmi arayış təqdim etməlidirlər. Yalnız xüsusi icazə sənədləri olan şəxslər şəhərə çıxa bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Fransanın Daxili İşlər naziri Kristof Kastaner ölkə prezidentinin çıxışından sonra ölkədə tətbiq olunacaq yeni qaydaları açıqlayarkən söyləyib.

Qeyd edib ki, koronavirus pandemiyasına qarşı ölkədə xüsusi nəzarət sistemi həyata keçiriləcək və bu məqsədlə 100 min polis və jandarm səfərbər olunacaq. Qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 38 avrodan 135 avroya qədər cərimə olunacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/834468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR