AMEA: "Görülən tədbirlər Azərbaycanda koronavirusun nisbətən tez aradan qaldırılacağını deməyə əsas verir"

AMEA: "Görülən tədbirlər Azərbaycanda koronavirusun nisbətən tez aradan qaldırılacağını deməyə əsas verir"
14:05 18 Mart 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda koronavirusa (COVİD-19) yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını dəməyə əsas verir.

Milli.Az xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, bu, AMEA-nın Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə keçirilən müzakirələrdə səsləndirilib.

Bildirilib ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir. Bu viruslar dünya miqyasında heyvanlar arasında yayılıb. Nadir hallarda koronaviruslar inkişaf edərək heyvanlardan insanlara yayıla bilir. Bu nadir hadisələrdən biri Çinin Uxan şəhərində COVID-19-un insanları yoluxdurmasıdır. COVID-19 SARS və MERS kimi RNT tərkibli koronaviruslardandır.

COVID-19-un daha böyük ərazilərə yayılması ilə onun simptomlarının qriplə müqayisəsi aparılıb. Onların hər ikisi tənəffüs yollarının xəstəliyinə səbəb olur, lakin bu iki virus və onların necə yayılması arasında mühüm fərqlər vardır. COVİD-19 qrip virusuna nisbətən təqribən 3 dəfə artıq sürətlə yayılır ki, bu da xəstələrin sayını kəskin artırır. Bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər.

Azərbaycanda isə COVİD-19-a yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını dəməyə əsas verir. Bununla yanaşı, fərdlərin dezinfeksiya işlərinə ciddi yanaşmasının böyük əhəmiyyəti var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/834853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR