Çingiz Mustafayevlə Tünzalə Ağayevadan alqışlanan HƏRƏKƏT

Çingiz Mustafayevlə Tünzalə Ağayevadan alqışlanan HƏRƏKƏT
11:38 21 Mart 2020
314 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Tünzalə Ağayeva ilə müğənni Çingiz Mustafayev sosial şəbəkədə canlı yayım vasitəsilə izləyicilərə konsertlər verib.

Publika.az xəbər verir ki, bu barəbə sənətçilər instaqramda məlumat yayıb.

“Evdən də dinləyicilərimə musiqi qidası ötürmək istəyirəm”, - deyə Tünzalə Ağayeva instaqramda qeyd edib.

Çingiz Mustafayev isə hər kəsi evdə qalmağa səsləyib:

“Epidemiyanın tez bitməsini istəyiriksə, məhz birgə təmasdan özümüzü saxlamağımız, maksimum evlərimizdə qalmağımız çox vacibdir”.

Koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə ulduzların motivasiya məqsədilə atdığı bu addım böyük maraqla qarşılanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/308401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR